İran adlanan yerdə həbsdə olan azərbaycanlı fəal Həmid Mənafi Nadarlının (Erkin) səhhəti ağırlaşıb. www.D-A-K.org –un “Oyannews”a istinadən verdiyi məlumata görə, bu səbəbdən o, Tehranın Evin həbsxanasının klinikasına yerləşdirilib.
Daha ətraflıYürüş Mehrəlibəylinin səhhəti ağırlaşıb
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Təbrizin mərkəzi zindanında 10 gündür aclıq aksiyası keçirən fəal Ayət Mehrəlibəylinin (Yürüş) səhhətinin ağır olduğu haqda məlumat yayılıb. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, İran adlanan yerdəki hüquq müdafiəçiləri bildirir ki, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Ayət Mehrəlibəyli kəskin mədə ağrısından ...
Daha ətraflıSəid Mətinpurun həyat yoldaşı aclıq aksiyasını dayandırıb
İran adlanan yerdə həbsdə olan tanınmış azərbaycanlı jurnalist Səid Mətinpurun həyat yoldaşı aclıq aksiyasını dayandırıb. www.D-A-K.org –un “Oyannews” istinadən verdiyi məlumata görə, Ətiyyə Tahiri bunu aprelin 23-də bir qrup azərbaycanlı fəalın təkidli xahişindən sonra edib.
Daha ətraflıƏkbər Azad və Əlirza Fərşi Tehranın Evin zindanının daha sərt korpusuna köçürülüb
İran adlanan yerdə Azərbaycan milli kimliyi uğrunda apardıqları dinc mübarizəyə görə iki aydır Tehranın Evin zindanında saxlanan fəallar Əkbər Azad və Əlirza Fərşi həbsxananın 350-ci korpusuna köçürülüb. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, tutulan vaxtdan zindanın 209-cu korpusunda saxlanan fəalların həbsxananın daha sərt rejimlə idarə edilən 350-ci korpusuna köçürülməsinin ...
Daha ətraflıƏsədullah Əsədi və İsmayıl Bərzigəri aclıq aksiyasına başlayıb
İran adlanan yerin həbsxanasında daha iki azərbaycanlı siyasi məhbus müddətsiz aclıq aksiyasına başlayıb. www.D-A-K.org –un AZOH-a istinadən verdiyi məlumata görə, Əsədullah Əsədi və İsmayıl Bərzigəri aprelin 17-də Tehranın Evin həbsxanasında siyasi məhbuslara qarşı zorakılığa etiraz olaraq aclıq aksiyasına başlamış 66 nəfərə dəstək məqsədilə bu addımı atıblar.
Daha ətraflıRüstəm Kazımpur zəmanətlə azadlığa buraxılıb
İran adlanan yerdə daha bir azərbaycanlı fəal azadlığa buraxılıb. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, Rüstəm Kazımpur aprelin 21-də ailəsinin qoyduğu 100 milyon tümən qarşılığında Tehranın Evin həbsxanasının 209-cu bəndindən sərbəst buraxılıb.
Daha ətraflı“Urmiya gölü akvatoriyasının yalnız 7 faizi qalıb”
“Urmiya gölü akvatoriyasının yalnız 7 faizi qalıb”. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bunu İran adlanan yerin Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib.
Daha ətraflıSəid Mətinpur və həyat yoldaşı aclıq aksiyasına başlayıb
İran adlanan yerdə tanınmış azərbaycanlı jurnalist və həyat yoldaşı aclıq aksiyasına başlayıb. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, Səid Mətinpur təhlükəsizlik məmurları tərəfindən qanunsuz olaraq döyülməsinə və təkadamlıq kameraya salınmasına öz etirazını bildirmək üçün bu yola əl atıb.
Daha ətraflıYədullah Dəşti azadlığa buraxılıb
İran adlanan yerdə azərbaycanlı fəal azadlığa buraxılıb. www.D-A-K.org –un “Oyannews”a istinadən verdiyi məlumata görə, Yədullah (Elman) Dəşti aprelin 20-də iki aylıq həbs həyatından sonra ailəsinin qoyduğu mülk girovu qarşılığında Mahabad (Soyuqbulaq) şəhərinin həbsxanasından sərbəst buraxılıb.
Daha ətraflıYürüş Mehrəlibəyli və Arəş Məhəmmədi aclıq aksiyasına başlayıb
İran adlanan yerdə iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, Yürüş (Ayət) Mehrəlibəyli və Arəş Məhəmmədi aprelin 15-dən etibarən bu addımı atıblar.
Daha ətraflı