Ev / Xəbərlər / Diaspora (Səhifə 41)

Diaspora

Şimali Kaliforniyada 18 oktyabr Dövlət Müstəqilliyi Günü qeyd olunub

Oktyabrın 19-da Şimali Kaliforniyada Quzey Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 17-ci ildönümü qeyd olunub. Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə açıq havada baş tutan yığıncaqda Quzey və Güney Azərbaycandan olan soydaşlarımız iştirak etməklə Azərbaycanın yaxın gələcəkdə bütövləşəcəyini nümayiş etdiriblər. 400-dən artıq azərbaycanlı ”Vasuna” gül parkına toplaşaraq milli musiqilərimizin ...

Daha ətraflı

Gəlin ”Bakı United”ə dəstək olaq!

Odlar Yurdu Cəmiyyətinin təşəbbüsü ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının paytaxtı London şəhərindəki azərbaycanlı gənclərdən ibarət ”Bakı United” futbol klubu Londonda Ukraynanın məşhur futbolçusu Valeri Lobonovskinin şərəfinə keçirilən futbol turnirində (MDB çempionatı) iştirak edir. Qeyd edək ki, bu il turnir Rusiya Federasiyasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi ...

Daha ətraflı

Belarusda yaşayan azərbaycanlı onkoloq tibb elmləri doktoru oldu

Belarusda yaşayan soydaşımız, uşaq onkologiyası sahəsində tanınmış həkim Reyman İsmayılzadə tibb elmləri doktoru elmi dərəcəsi alıb. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XöYAİDK) mətbuat xidmətindən www.D-A-K.org – a verilən məlumata görə, soydaşımızın elmi dərəcə alması münasibətlə Azərbaycanın Belarusdakı səfirliyi ilə Belarus Azərbaycan İcmaları Konqresinin birgə keçirdiyi tədbirdə soydaşlarımız, o ...

Daha ətraflı

ABŞ-da Azərbaycan diasporunun inkişaf perspektivləri müzakirə edilib

Vaşinqtonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network-USAN) Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi ”ABŞ-Azərbaycan starteji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu” mövzusunda iki günlük konfrans işini başa çatdırıb. Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən müzakirələrə 300-yə yaxın diaspor nümayəndəsi qatılıb.

Daha ətraflı

Vaşinqtonda Amerikadakı Azərbaycan diasporunun inkişafı ilə bağlı konfrans keçirilir

Oktyabrın 1-də Vaşinqtonda ”Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda ikigünlük konfrans başlanıb.Tədbirin təşkilatçısı Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən ”US Azeris Network” (USAN) şəbəkəsidir.

Daha ətraflı

Oktyabrın 1-2-də Vaşinqtonda Amerikadakı Azərbaycan diasporunun inkişafı ilə bağlı konfrans keçiriləcək

Oktyabrın 1-2-də Vaşinqtonda ”Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda ikigünlük konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən ”US Azeris Network” (USAN) şəbəkəsidir.

Daha ətraflı

Gürcüstanda açılan gürcü dili kurslarına 1000 azərbaycanlı tələbə cəlb edilib

Bu il Azərbaycan məktəblərini bitirmiş, gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul olunmamış gənclər də bu kurslarda dil öyrənəcəklər Sentyabrın 24-dən Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını təmin etmək məqsədilə ilkin olaraq 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayıb. Bu barədə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən Xarici ...

Daha ətraflı