Dekabrın 17-də Niderlandın paytaxtı Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən www.D-A-K.org –a daxil olan məlumata görə, qurultayın işində millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, Azərbaycan və türk ...
Daha ətraflıAlmaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb
Almaniyanın Hannover şəhərində 21 Azər Cəmiyyəti fəaliyyətə başlayıb. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu barədə təşkilatın sədri, Almaniyada yaşayan soydaşımız Nasir Bağıroğlu məlumat verib.
Daha ətraflıAİF-in rəsmi saytı dörd dildə fəaliyyətə başlayıb
Azərbaycan – İsveç Federasiyasının (AİF) rəsmi internet saytı yenilənib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, Səttar Seviginin rəhbərlik etdiyi təşkilatın saytı daha da təkmilləşdirilərək fəaliyyətinə 4 dildə davam edəcək.
Daha ətraflıBerlindəki Azərbaycan Evinin 5-ci ildönümü qeyd olunub
Noyabrın 27-də Berlində fəaliyyət göstərən Azərbaycan Evi yaranmasının 5 illik yubileyini ziyafət tədbiri ilə qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən www.D-A-K.org –a daxil olan məlumata görə, Azərbaycan Evinin sədri Tofiq Qarayev qonaqları salamlayaraq hamıya xoş əhval-ruhiyyə arzulayıb.
Daha ətraflıNyu-Yorkda “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının premyerası olacaq
Dekabrın 4-də ABŞ-da Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının premyerası olacaq.
Daha ətraflıHollandiyada Turan Gənclər Təşkilatı yaradılıb
Hollandiyada yaşayan türklər yeni diaspor təşkilatı yaradıb. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu günlərdə fəaliyyətə başlayan qurum Turan Gənclər Təşkilatı adlanır. Türk millətinin gələcək inkişafını birləşməkdə görən təşkilat Hollandiyada fəaliyyət göstərən bütün türk dərnəklərini öz ətrafında birləşdirməyə çalışacaq.
Daha ətraflıAlmaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır
Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, dekabrın 10-da, Hannover şəhərində yerli vaxtla saat 16:00-dan 24:00-dək “Aran” otelində keçiriləcək təsis konfransı ilə qurum rəsmən fəaliyyətə başlayacaq.
Daha ətraflıÜmumrusiya Azərbaycanlıları Konqresinin III qurultayı keçirilib
Təşkilatın nizamnaməsində dəyişilik edilib, Məmməd Əliyev yenidən qurumun sədri seçilib Noyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki ”Prezident” otelində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) III qurultayı keçirilib.
Daha ətraflıAhıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinə yeni sədr seçilib
Mərkəzi iqamətgahı Moskvada olan Ahıska Türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin 6-cı fövqəladə toplantısı keçirilib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu barədə Dünya Ahıska Türkləri Birliyinin Almatıdakı Mətbuat Mərkəzindən məlumat verilib.
Daha ətraflıGöteborqda ”Qarabağ-Azərbaycan” dərnəyi fəaliyyətə başlayıb
İsveçdə yeni bir diaspor təşkilatı – ”Qarabağ-Azərbaycan” dərnəyi fəaliyyətə başlayıb. www.D-A-K.org –a daxil olan məlumata görə, qurumun yaradılmasında məqsəd Azərbaycanın mədəniyyətini, tarixini, dilini təbliğ etmək, yerli ictimaiyyəti dövlətimiz haqda məlumatlandırmıq və bu ölkədə yaşayan azərbaycanlıları sıx əlaqələndirməkdir.
Daha ətraflı