Ev / Xəbərlər

Xəbərlər

Select a news topic from the list below, then select a news article to read.

DAK Brüsseldə Xocalı mitinqi keçirəcək

“Dəyərli Dünya Azərbaycanlıları, xanımlar və bəylər! Dünya Azərbaycanlıları Konqresi (DAK), Xocalı Soyqırımının ildönümünü 26 fevral 2016-cı il tarixində Brüsseldə, Avropa Parlamentinin önündə keçirəcək. Bunun üçün böyük mitinq olacaq. Mitinq üçün Brüssel Polisindən lazım olan icazə alınıb və bu möhtəşəm mitinqdə Azərbaycan Respublikasından, Rusiyadan, Türkiyədən, Avstraliyadan, Finlandiyadan, Norveçdən, İsveçdən, Danimarkadan, Almaniyadan, ...

Daha ətraflı

Əta Kərimi xəstəxanaya qaldırıldı

Güney Azərbaycanın milli mədəni fəalı Əta Kəriminin sağlıq sorunları səbəbindən xəstəxanaya aparılıb. www.D-A-K.org –un “Oğuz tv”yə istinadən məlumatına görə, milli fəalın ailəsinə onunla görüşməyə icazə verməyiblər. Xatırladaq ki, Urmu zindanında həbs çəkən Əta Kərimiyə hakim şərti azadlığa çıxması üçün 50 milyon tümənlik vəsiqə təyin etsə də, milli fəal bunun qanunsuz olduğunu bildirərək, ...

Daha ətraflı

Çin uyğurlar haqqında yazan fransalı jurnalisti ölkədən çıxarır

Çin hakimiyyəti Sincan uyğurlarına dair ölkənin siyasəti barədə tənqidi məqalə yazan fransalı jurnalistin akkreditasiyasını uzatmayıb. www.D-A-K.org –un “BBC”yə istinadən məlumatına görə, L’Obs dərgisinə işləyən Ursula Gauthier-in Çində işləmək icazəsi bu ilin sonunda tamamlanır. Əcnəbi müxbirin ölkədən xaric edilməsi halı sonuncu dəfə 2012-ci ildə baş verib. Çin bildirir ki, Ursula Gauthier-in Sincanla ...

Daha ətraflı

Ərdəbildə 11 fəalın məhkəməsi keçirilib

Ötən noyabr ayında keçirilən kütləvi etirazlara qatıldıqları zaman Ərdəbildə nəzarət altına alınıb daha sonra müvəqqəti olaraq sərbəst buraxılan 11 türk fəal dekabrın 28-də mühakimə ediliblər. www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, Saleh Piçqanlı, Möhsün Möhsünzadə, Əli Vasıqi, Meysəm Colani, Əli Xeyrcu, Rəhim Qulami, Tovhid Əmir Əmini, Səid Sadıqifər, Murtaza Pərvin, ...

Daha ətraflı

DAK 31 Dеkabr Dünya Azərbaycanlılarının Dayanışma (Həmrəylik) Günü və Yeni İl Bayramı münasibətilə soydaşlarımızı təbrik edir

Dünya Azərbaycanlıları Dayanışma (Həmrəylik) Gününü və Yeni İl Bayramını qеyd еdir. 1989-cu ildə imperiyaların bütün dirənişinə rəğmən yadların ayrılıq rəmzinə çеvirdiyi Araz çayının sahilinə tоplaşan minlərlə Azərbaycanlı Türk azadlıq uğrunda mübarizənin ilk işartısını vеrdilər. Sоnralar bu mübarizə “Azadlıq” mеydanında, Bəzz qalasında davam еtdirildi, Azərbaycanlı Türklük milli azadlıq mübarizəsinin qələbə ilə ...

Daha ətraflı

Təbriz İslam dünyasının turizm şəhəri elan olunub

Güney Azərbaycanın Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib. www.D-A-K.org –un “sputnik.az”nə istinadən məlumatına görə, bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri turizm nazirlərinin Nigerin paytaxtı Nyamidə keçirilən 9-cu konfransında, ekspertlərin iclasında qəbul edilib. 2017-ci il üçün isə Səudiyyə Ərəbistanın Mədinə şəhəri İslam dünyasının nümunəvi turizm ...

Daha ətraflı