Ev / İnformasiya / Elanlar

Elanlar

Samsunda Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib – fotolar

Məlum olduğu kimi, aprelin 15-17-də Türkiyənin Samsun və Amasya şəhərlərində ”Tarixdən bu günə Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda konfrans keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, tədbirdə DAK həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təmsil edib.

Daha ətraflı

”Cavadxan” filmi Moskvada nümayiş olundu – fotolar

Məlum olduğu kimi, aprelin 10-da Rusiyanın paytaxtı Moskva şəhərinin ”Oktyabr” Kino Evində ”Cavad xan” filminin təqdimat mərasimi keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, təqdimat Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Dünya Azərbaycanlıları Konqresi (DAK) Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyevin təşəbbüsüylə baş tutub.

Daha ətraflı

DAK İran adlanan yerin səfirliyi qarşısında aksiya keçirəcək

Səbəb Urmiya gölünün quruma təhlükəsiylə üzləşməsidir Aprelin 2-də saat 12.00-da Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycandakı səfirliyinin binası qarşısında güneyli soydaşlarımıza dəstək olaraq simvolik aksiya keçirəcək. www.D-A-K.org -a daxil olan məlumata görə, artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət də ünvanlanıb.

Daha ətraflı

DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarıyla bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, 1918-ci il mart soyqırımından 92 il keçir. Belə ki, XX əsrin əvvəllərində ermənilər Arazın hər iki tayında yaşayan yüz minlərlə Azərbaycan türkünü qətlə yetirərək dəhşətli ...

Daha ətraflı

Aprelin 1-də DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

Tədbir ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları və Urmiya gölününü quruması probleminə həsr olunub Bundan əlavə, mətbuat konfransında aprelin 9-da İsveçdə keçirilməsi planlaşdırılan konfrans və konqres rəhbərliyinin yaxın günlərdə Kanada və ABŞ-a gözlənilən səfəri barədə də məlumat veriləcək 01 aprel 2010-cu il tarixində saat 12:00-da ”Trend” Xəbərlər Şirkətinin ...

Daha ətraflı

DAK-ın Qazaxıstan nümayəndəliyi Novruz Bayramı münasibətilə Azərbaycan türklərini təbrik edir

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qazaxıstan nümayəndəliyi Novruz Bayramı münasibətilə dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, ailələrinə xoşbəxtlik, rifah, süfrələrinə bol ruzi-bərəkət və bayram sevinci arzulayır”. Novruz Bayramınız mübarək olsun! DAK-ın Qazaxıstan nümayəndəliyinin sədri Araz Xudiyev

Daha ətraflı

DAK Novruz Bayramı münasibətilə Azərbaycan türklərini təbrik edir

İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz Azərbaycan türklərinin tarixi yaddaşında xüsusi yer tutur. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsidir. Qədim zamanlardan bəri Azərbaycan türkləri bu bayramı həmişə ən uca tutmuşlar. Eyni zamanda Novruz ulu türk millətinin mənəvi birlik rəmzidir.

Daha ətraflı

DAK ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi son qərarla bağlı bəyanat verib

Dünya Azərbaycanlıları Konqresi (DAK) 2010-cu il martın 4-də Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımıyla bağlı qəbul edilmiş qərarı pisləyən bəyanat verib. www.D-A-K.org -a daxil olan məlumata görə, sənəddə bildirilir: ”1915-ci ilin aprelində Osmanlı imperiyasında baş verən hadisələri ermənilərə qarşı soyqırımı aktı kimi qəbul ...

Daha ətraflı

DAK Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir

Dünya Azərbaycanlıları Konqresi (DAK) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir. Təbrikdə deyilir: ”ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulub. 1918-ci ildə Şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını XX əsrdə qısa müddət ərzində ...

Daha ətraflı

DAK, AFDH və Azərbaycan Kültür Ocağı Xocalı soyqırımı ilə əlaqədər birgə konfrans keçirəcək

Artıq DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli Almaniyaya yola düşüblər 26 fevral 2010-cu il tarixində Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü və təşkilatçılığıyla əsrin ən ...

Daha ətraflı