Ev / İnformasiya / DAK haqqında

DAK haqqında

DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

”Məqsədlərimizdən biri Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir” ”Yəni gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” ideyası ətrafında toplayırıq” ”Bizim üçün bu gün Güney Azərbaycanın istiqlalı ideyası daha önəmlidir və bu baş verməmiş Azərbaycanın bütövləşməsi mümkün deyil” Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının sədri Samir Turan ”Mediaforum” saytının Azərbaycanda fəaliyyət göstərən ...

Daha ətraflı

Samsunda Türkiyə-Azərbaycan münasibətləri müzakirə edildi

Amasyadakı 40 min azərbaycanlı təşkilatlanmaq istəyir Aprelin 15-17-də Türkiyənin Samsun və Amasya şəhərlərində ”Tarixdən bu günə Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda konfrans keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, tədbirdə DAK həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təmsil edib.

Daha ətraflı

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Həsən Şəriətmədari ilə görüşüb

12 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə İran adlanan yerdə, eyni zamanda Azərbaycanın güneyində kifayət qədər tanınmış islam alimi, Azərbaycan türklərinin ən çox inandığı və təqlid etdiyi mərcə, mərhum ayətullah Seyid Kazım Şəriətmədarinin oğlu Həsən Şəriətmədari ilə görüşüb.

Daha ətraflı

“Tarixdən bu günə Türkiyə-Azərbaycan münasibətləri”

Sabir Rüstəmxanlı: ”Bütün dünyada bitib tükənməyən türk düşmənçiliyi var” Tənzilə Rüstəmxanlı: ”Türklər tarixindən utanmayan yeganə millətdir” Türkiyənin Samsun şəhərində ”Tarixdən bu günə Türkiyə-Azərbaycan münasibətləri” adlı konfrans keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, 19 May Universitetində keçirilən tədbirdə qardaş ölkədə səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı və ...

Daha ətraflı

İsveçdə Azərbaycan türklərinin soyqırımıyla bağlı simpozium keçirilib

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və Milli Məclisin deputatı Baba Tağıyev İsveç parlamentinin bir qrup deputatı və Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov ilə görüşüblər 09 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) və ”Odlar Yurdu” dərnəyinin birgə təşkilatçılığıyla 1918-ci ...

Daha ətraflı

Moskvada “Cavad xan” filminin təqdimat mərasimi keçirilib

Təqdimat DAK-ın Rusiya nümayəndəliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsüylə baş tutub Aprelin 10-da Rusiyanın paytaxtı Moskva şəhərinin ”Oktyabr” Kino Evində ”Cavad xan” filminin təqdimat mərasimi keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, təqdimat Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Dünya Azərbaycanlıları Konqresi Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf ...

Daha ətraflı