Ev / Tədbirlər / Planlaşdırılan tədbirlər

Planlaşdırılan tədbirlər

DAK Park İnn otelində “Güney Azərbaycan Milli Hərəkatı” adlı simpozium keçirəcək

Hörmətli ziyarətçilər! Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və təşkilatçılığıyla 3 sentyabr 2009-cu il tarixində saat 11:00-dan 14:00-dak Bakı şəhərində Park İnn otelinin ”Dan ulduzu” zalında keçirilməsi planlaşdırılan ”Güney Azərbaycan Milli Hərəkatı” adlı simpozium texniki səbəblərdən 8 sentyabr 2009-cu il tarixinə salınıb. Əsas məruzəçi: DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Mövzu: ...

Daha ətraflı

Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü qeyd olunacaq

Tədbir aqustun 26-da saat 14:00-dan 16:00-dak AYB-nin Natəvan klubunda keçiriləcək Avqustun 26-da saat 14:00-dan 16:00-dak Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü qeyd olunacaq. Tədbir ”21 Azər” təşkilatı, Dünya Azərbaycanlıları Konqresi (DAK) və AMEA Şərqşünaslıq İnstitutunun ...

Daha ətraflı

DAK “Doğu Türküstanda soyqırım” mövzusunda “Dəyirmi masa” keçirəcək

17 iyul 2009-cu il tarixində saat 12.00-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və təşkilatçılığıyla Azərbaycan Atatürk Mərkəzində Şərqi Türküstanda (Uyğur Muxtar Vilayəti) baş verən hadisələrlə əlaqədar ”Doğu Türküstanda soyqırım” mövzusunda ”Dəyirmi masa” keçiriləcək. Tədbirdə DAK rəhbərliyi, ziyalılar, Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr və s. iştirak edəcəklər. Xatırladaq ki, iyulun ...

Daha ətraflı

DAK-ın Babək Xürrəminin doğum günü münasibəti ilə Yardımlıya rəmzi yürüşü

Dünya Azərbaycanlıları Konqresi (DAK), sabah, iyulun 7-si böyük nümayəndə heyəti ilə Babək Xürrəminin doğum günü münasibəti ilə Yardımlıya rəmzi yürüş keçirəcəkdir. Azərbaycanın həm güneyi həm də quzeyinin tən ortasında yerləşən Yardımlıda keçriləcək bu tədbirin məqsədi milli hərəkatın ölməz nümunəsi olan, haqqsızlıqla heç zaman barışmayan, son damla qanınadək yağı düşmənlə mübarizə ...

Daha ətraflı

DAK gəncləri Ərgənəkon Bayramını qeyd edəcək

19 Mart 2009-ci il tarixində, saat 17.00-da Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığıyla Türkün qurtuluş günü – Ərgənəkon (Novruz) Bayramı keçiriləcək. Tədbir çərçivəsində Fəxri və Şəhidlər Xiyabanı ziyarət olunacaq. Bundan sonra açıq səmada bayramın əsas rəmzlərindən biri olan tonqal qalanacaq. Daha sonra ədəbi-bədii musiqili gecə keçiriləcək. Qeyd ...

Daha ətraflı

DAK Türkiyədə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirəcək

Bununla əlaqədar sabah DAK NTK sədri Aqil Ələsgər və DAK Məşvərət Məclisinin sədr müavini Əli İsa Hacı qardaş ölkəyə yola düşəcək Fevralın 24-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər və DAK Məşvərət Məclisinin sədr müavini Əli İsa Hacı Türkiyəyə yola düşür. Aqil Ələsgərin www.D-A-K.org -a verdiyi məlumata ...

Daha ətraflı

Fevralın 19-da “Xocalı faciəsini dünyaya tanıdaq” mövzusunda dəyirmi masa keçiriləcək

Fevralın 19-da saat 15.00-da Gəncliyə Yardım Fondunun iclas zalında Dünya Azərbaycanlıları Konqresi, Beynəlxalq Diaspora Mərkəzi və ”Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkilatçılığıyla Xocalı faciəsinin 17-ci ildönümüylə əlaqədar ”Xocalı faciəsini dünyaya tanıdaq” mövzusunda ”Dəyirmi masa” keçiriləcək. Dəyirmi masada ziyalılar, ictimaiyyət nümayəndələri, faciənin şahidləri iştirak edəcəklər. Bütün KİV nümayəndələri tədbirə dəvətlidir. ...

Daha ətraflı

DAK Türkiyə və Quzey Kıbrısda Xocalı soyqırımını anacaq

Fevralın son on günü ərzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəlikləri Xocalı soyqırımıyla bağlı kütləvi tədbirlər keçirəcəklər. www.D-A-K.org -a daxil olan məlumata görə, mərasimlərdə DAK İdarə Heyətinin üzvü Məhəmməd Müştaq, DAK-ın Türkiyə nümayəndəliyinin rəhbəri Fərzad Səmədli, Azərbaycandan isə DAK Məşvərət Məclisinin sədrinin birinci müavini Əli ...

Daha ətraflı

Sabah Azərbaycan problemləri Avstraliya parlamentində qaldırılacaq

DAK həmsədri Sabir Rüstəmxanlı deputatlar qarşısında çıxış edəcək Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı, Firidun Pərviznia və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Avstraliyada səfərdədir. www.D-A-K.org -a daxil olan məlumata görə, fevralın 3-də Azərbaycanın ümummilli problemləri – Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, Azərbaycanın parçalanması, Güney Azərbaycan məsələsi, İran adlanan ...

Daha ətraflı