Ev / Həmsədrlər / Görüşlər

Görüşlər

”Olaylar” DAK həmsədri Sabir Rüstəmxanlı ilə görüş keçirib

Tədbir Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ”Azərbaycançılığın və diaspora quruculuğunun təbliği” layihəsi çərçivəsində baş tutub Sentyabrın 29-da ”Olaylar” qəzetinin redaksiyasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ”Azərbaycançılığın və diaspora quruculuğunun təbliği” layihəsi çərçivəsində tanınmış ziyalı, Dünya Azərbaycanlıları ...

Daha ətraflı

DAK həmsədri Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir

O, bu gün gecə Azərbaycan vaxtıyla saat 23.00-da Türkiyənin ART televiziyasının ”Beyin fırtınası” proqramının qonağı olacaq Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK həmsədrinin Türk Dünyası üzrə müşaviri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə görüşlərini davam etdirir. Aprelin 18-də 150 min ...

Daha ətraflı

DAK həmsədri Sabir Rüstəmxanlı Almaniyaya səfərə gedib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Almaniyaya səfərə gedib. www.D-A-K.org -a daxil olan məlumata görə, o, aprelin 14-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa Azərbaycanlıları Konqresinin III Qurultayında iştirak edəcək. Bundan əlavə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi dəvəti əsasında həmin tədbirə DAK-ın digər həmsədri Firidun Pərviznia, DAK Daimi Şurasının ...

Daha ətraflı

Sabah DAK həmsədri Sabir Rüstəmxanlı mətbuat konfransı keçirəcək

17 fevral 2009-ci il tarixində saat 12.00-da Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı, Firidun Pərviznia və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin Avstraliya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Tədbirə bütün media mənsubları dəvətlidir. ünvan: Rəşid Behbudov küçəsi 8, mənzil 56, ...

Daha ətraflı

DAK həmsədri Firidun Pərviznia Bakıya gəlib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərviznia Azərbaycana qısamüddətli səfərə gəlib. www.D-A-K.org -a daxil olan məlumata görə, səfərin əsas məqsədi DAK-ın təşkilat məsələləridir. Eyni zamanda səfər çərçivəsində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçiriləcək. DAK həmsədri nəzərdə tutulan görüşlərə bu gündən etibarən başlayacaq. Firidun Pərviznia həmçinin DAK-ın Azərbaycanda keçirəcəyi bir ...

Daha ətraflı

DAK həmsədri Firidun Pərviznia Bakıya gəlir

Noyabrın 3-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərviznia Azərbaycana qısamüddətli səfərə gəlir. www.D-A-K.org -a daxil olan məlumata görə, səfərin əsas məqsədi DAK-ın təşkilat məsələləridir. Eyni zamanda səfər çərçivəsində bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçiriləcək. Firidun Pərviznia həmçinin DAK-ın Azərbaycanda keçirəcəyi bir sıra tədbirlərində iştirak edəcək.

Daha ətraflı

Bu gün DAK həmsədri Sabir Rüstəmxanlı mətbuat konfransı keçirəcək

17 oktyabr 2008-ci il tarixdə saat 14:00-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı DAK-ın yeni internet saytının (www.D-A-K.org) təqdimatı və DAK rəhbərliyinin (həmsədrlər – Sabir Rüstəmxanlı, Firidun Pərviznia, Daimi Şuranın sədri Əjdər Tağızadə) ABŞ və Avropa səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəkdir. Mətbuat konfransı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ...

Daha ətraflı