Ev / Xəbərlər / Güney Azərbaycan / Casusluqda ittiham edilmiş güneyli məhbus aclıq aksiyası keçirir

Casusluqda ittiham edilmiş güneyli məhbus aclıq aksiyası keçirir

İrəc MəhəmmədiMəhkum olduğu 10 il sürgündə həbs cəzasını iran adlanan yerin Bəluçistan vilayətində çəkməkdə olan Qoşaçaylı məhbus İrəc Məhəmmədi zindan məmurlarının hücumuna məruz qaldıqdan sonra aclıq aksiyasına başlayıb.
www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən yaydığı məlumatına görə, iran adlanan yerin insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, oktyabrın 3-də zindanın təhlükəsizlik məmurları ümumi bölmədə saxlanılan məhbuslara hücum edib. Hücümdan sonra məmurların basqısına etiraz edən İrəc Məhəmmədi zindanın karantin bölməsinə köçürülüb və orada aclıq aksiyasına başlayıb. Güneyli məhbusun məmurların hücumu nəticəsində ağır xəsarət aldığını bildirir.
Hüquq müdafiəçilərinin nəşr etdiyi hesabata əsasən, İrəc Məhəmmədi 2007-ci ilin oktyabr ayında Qərbi Azərbaycan vilayətinin Xana (Piranşəhr) şəhərində təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alındıqdan sonra işgəncə altında 8 ay sorğu-suala çəkilib.
İnternet qəzetləri onun pantürkizm və casusluq ittihamı ilə Qərbi Azərbaycan vilayətinin hərbi məhkəməsində mühakimə edildiyini yazıb.
Həmin məlumata əsasən, Azərbaycanlı Türk İrəc Məhəmmədi Azərbaycan kürdlərindən olan Məhəmməd Əmin Aquşi və Əhməd Poladxani ilə birlikdə öncə edama məhkum edilib, amma daha sonra ali məhkəmənin edam hökmünü ləğv etməsi ilə onlar 10 il sürgündə həbs cəzası alıblar.
Məhəmmədinin həbsdən öncə, türk dilli jurnallarla əməkdaşlıq etdiyini və Urmiyə şəhərində işlətdiyi kitab mağazasında türkcə kitablar satdığını qeyd edib.

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌