Ev / Okategoriserade / Cahanbəxş Sultanzadə və Behnam Bağıri həbs edilib

Cahanbəxş Sultanzadə və Behnam Bağıri həbs edilib

Güney Azərbaycan Milli Hərəkatının iki fəalı həbs edilib. www.D-A-K.org –un “Oyannews”a istinadən yaydığı məlumata görə, İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat (“Ettelaat”) əməkdaşları mayın 9-da axşam saatlarında Maki şəhərində Cahanbəxş (Salur) Sultanzadə və Behnam Bağırini tutublar. 

“Ettelaat” əməkdaşları Maki Pəyam-e Nur Universitetinin hüquq fakültəsinin tələbəsi, şair Cahanbəxş Sultanzadənin evində axtarış aparıb, azərbaycanlı fəala məxsus komputeri, kitabları, əlyazmaları və digər şəxsi əşyaları müsadirə ediblər. Behnam Bağıri isə şəxsi mağazasında həbs edilib. Onların harada saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur.

Həmçinin bax!

Zakir Həsənov-Hulusi Akarı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı ...

Kommentera