Ev / Sənədlər / Qərarlar / Brüsseldə DAK İdarə Heyətinin canlı toplantısı keçirildi

Brüsseldə DAK İdarə Heyətinin canlı toplantısı keçirildi

DAK Daimi Şurasının Əsasnaməsi yekdilliklə qəbul edildi

Image Dekabrın 8-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin canlı toplantısı keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, yığıncaqda əsasən 7 məsələ müzakirə olunub. Bunlar DAK-ın Azərbaycan və Rusiyada qeydiyyat məsələləri, DAK-ın arxivinin yaradılması, DAK Daimi Şurasının Əsasnaməsinin müzakirəsi, DAK Brüssel ofisinin açılışı, maliyyə məsulunun təyin olunması və s. məsələlər müzakirə obyekti olub. 6 saatdan çox davam edən iclasda DAK İdarə Heyətinin toplantısına təqdim olunmuş Əsasnamə layihəsi geniş şəkildə müzakirə edilib. Layihə bəzi bəndlərində müəyyən dəyişiklik edilməklə yekdilliklə qəbul edilib. Bundan əlavə, DAK İdarə Heyətinin üzvü Fəramərz Quluzadə təşkilatın maliyyə məsulu təyin olunub. Eyni zamanda DAK-ın arxivinin yaradılması qərara alınıb. Qeyd edək ki, DAK İdarə Heyətinin gündəliyində duran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Həmçinin bax!

DAK-da yeni təyinatlar oldu

Qurumdaxili Katiblik formalaşdırıldı və bir sıra nümayəndəliklərin rəhbərləri təyin edildi Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin ...

Kommentera