Ev / Xəbərlər / Diaspora / Böyük Britaniyada Azərbaycan dilində yeni qəzet nəşrə hazırlanır

Böyük Britaniyada Azərbaycan dilində yeni qəzet nəşrə hazırlanır

Böyük Britaniyada fevral ayının sonundan etibarən “Birlik” adında azərbaycanca aylıq ictimai-mədəni qəzeti nəşr olunacaq. www.D-A-K.org –a daxil olan məlumata görə, qəzet bu ölkənin ali məktəblərində oxuyan tələbələr və təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü olaraq nəşrə hazırlanır. 

Mançester Universitetinin məzunu olan baş redaktor Səməd Səfərovun sözlərinə görə, qeyri-kommersiya məqsədli layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır. “Birlik” qəzeti Böyük Britaniyadakı Azərbaycan tələbə cəmiyyətlərinin könüllü ianələri, abunə haqqı, şirkətlərin maliyyə dəstəyi və reklam hesabına maliyyələşəcək. Qəzeti əldə etmək istəyən oxucular onu hər universitet üzrə təmsilçidən pulsuz ala bilərlər. Lakin qəzetin birbaşa ünvana çatdırılmasını arzulayan oxucular bunun üçün çox cüzi miqdarda abunə haqqı ödəməli olacaqlar. Tələbələrin bu xoşniyyətli layihəsinə dünyanın hər bir nöqtəsindən ianə vermək istəyən kəslər bunu qəzetin internet səhifəsinə daxil olmaqla edə bilərlər: (www.birlik.co.uk). Səkkiz səhifədən ibarət “Birlik” qəzeti 500 tirajla yayımlanacaq.

Həmçinin bax!

reinfeldtderaxtiobama

Barak Obama Siyavuş Deraxti ilə görüşdü

Barak Obama Isveç səfərində, Azərbaycanın güneyindən olan gənc, Siyavuş Deraxti ilə görüşdü.

Kommentera