Ev / İnformasiya / Digər məlumatlar / Bir qrup millətçi gənc Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Bir qrup millətçi gənc Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Image

Bu gün Savalanı ziyarət günüydü. Yəni Bütöv Azərbaycan uğrunda mübarizə milli lider, milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli olan, hər şeyə konseptual baxışlar sistemi olan, milli birliyin formulunu kəşf edən, Türk Dünyasının yeni komutanı, Quzey Azərbaycan Respublikasının eks-prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin əbədiyyətə qovuşduğu gündü. Əbülfəz Elçibəyin vəfatının 9-cu ildönümü ilə əlaqədar bir qrup millətçi gənc mərhumun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatının, Turan Gənclər Təşkilatının və Azərbaycanın, Türkiyənin müxtəlif universitetlərində təhsil alan gənclər Türk Dünyasının böyük oğlunun uyuduğu məzarın başına yığışaraq onun ruhuna dualar oxudular, Azərbaycanın dövlət himnini oxudular, çıxış etdilər, şeirlər səsləndirdilər.

Həmçinin bax!

DAK rəhbərliyi Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

24 iyun 2009-cu il tarixində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK ...

Kommentera