Ev / Xəbərlər / Güney Azərbaycan / Əbdüləziz Əzimi Qədim: “Fars rejimi Qarabağ və təhsil məsələsində susur”

Əbdüləziz Əzimi Qədim: “Fars rejimi Qarabağ və təhsil məsələsində susur”

İran adlanan yerdə 7 aylıq həbsdən sonra azadlığa çıxan azərbaycanlı ruhani Əbdüləziz Əzimi Qədim bir qrup milli fəalla görüşüb. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, Əzimi Qədim Azərbaycan türkcəsində məktəblərin açılmasına qoyulan qadağaya, eləcə də İran adlanan yerin Ermənistana dəstək verməsinə etiraz bildirdiyinə görə ötən ilin yayında tutulmuşdu. Ruhanilərə məxsus məhkəmə Əzimi Qədimi sistemə qarşı təbliğat aparmaqda və qanunsuz toplantılara qatılmaqda təqsirli bilərək 7 aylıq həbsə məhkum etmişdi. Əzimi Qədim cəzasını başa vuraraq bu il yanvarın 29-da azadlığa çıxıb. Əzimi Qədim Marağa və Mələkan şəhərlərindən olan milli fəallarla görüşündə Təbrizin mərkəzi zindanında azərbaycanlı dustaqlara edilən təzyiqlərdən danışıb. O deyib ki, Azərbaycan türkcəsində təhsil məsələsinin hökumətin gündəminə gəlməsi azərbaycanlı fəalların uzun illərdir apardığı dinc mübarizənin nəticəsidir: “Hakimiyyət iki mövzu ilə bağlı azərbaycanlı fəalların ona verdiyi sualı hələ də cavabsız qoyub və bu haqda susmağı davam etdirir. Bunlardan biri Qarabağ məsələsi və İran adlanan yerin işğalçı Ermənistana dəstək verməsidir, digəri isə təhsilin ana dildə (Azərbaycan türkcəsində) aparılması məsələsidir. Təəssüflər olsun ki, hakimiyyət bu suallara cavab verməkdən boyun qaçırır, yenə susur”.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera