Ev / Xəbərlər / Diaspora / Barak Obama Siyavuş Deraxti ilə görüşdü

Barak Obama Siyavuş Deraxti ilə görüşdü

Barak Obama Isveç səfərində, Azərbaycanın güneyindən olan gənc, Siyavuş Deraxti ilə görüşdü.

Tanınmış milli fəal Cavad Deraxtinin oğlu Siyavuş bundan öncə anti-semitizmə qarşı fəaliyyətlərinə görə Raul Wallenberg adına mükafatıyla təltif olunmuşdur. Mükafat Avropa Şurası tərəfindən iki ildən bir insan haqqları sahəsində, ən fəal çalışan insanlara təqdim olunur.

22 yaşında olan Siyavuş Deraxti ”Anti-yəhud və Xenofobiayaya Qarşı Gənclər” təşkilatını yaratmışdır. Amerika prezidenti Stockhomldakı işgüzar  səfəri zamanın vaxt məhdudiyyətinə baxmayaraq Siyavuşla görüşə də zaman ayırmışdır. Görüşdən sonra Siyavuş bəy İsveçin 5-ci TV kanalında bu görüşün detalları haqqında danışmışdır.

Şəkildə, soldan sağa: İsveç Krallığının Baş Naziri Fredrik Reinfeildt, Siyavuş Deraxti, ABŞ Prezidenti Barak Obama.

 

D-A-K.org ailəsi olaraq Siyavuş Deraxtiyə gələcək işlərində uğurlar arzulayırıq!

 

İsveç mediyasında bununla bağlı melumatları aşağıdakı bağlantılara müraciət edə bilərsiniz.

http://www.svt.se/nyheter/regionalt/sydnytt/siavosh-derakhti-far-forsta-rauol-wallenberg-priset

http://hub.coe.int/raoul-wallenberg-prize

http://www.expressen.se/nyheter/obamas-ovantade-svar-till-derakhti/

 

 

 


Həmçinin bax!

aksiya-brussel1

Avropa Parlamentinin qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlementinin binası qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib. www.D-A-K.org –a ...

Kommentera