Ev / Xəbərlər / Mədəniyyət / Bakıda ərdəbilli rəssam Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçirilir

Bakıda ərdəbilli rəssam Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçirilir

Bu gün Muzey Mərkəzinin Sərgi Qalereyasında Ərdəbildən olan rəssam Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisinin açılışı olub. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, sərgidə rəssamın rəngkarlıq, qrafika və fotolarda monumental heykəltəraşlıq sahəsində yaratdığı 120-dək əsər nümayiş etdirilir.  

Nazirlikdən bildiriblər ki, rəssamın 1990-cı ildə Los-Ancelesdə, 1992-ci ildə Fransada, 1995-ci ildə Kanadada fərdi sərgiləri keçirilib. Tehran, Təbriz,  Rəşd, Ənzəli və Ərdəbildə təşkil edilmiş çoxsaylı fərdi və birgə sərgilərin iştirakçısıdır: “Rəssamlıq və heykəltəraşlıqdan başqa Vədud Müəzzin eyni zamanda müğənni kimi də tanınır. O, “Sarı gəlin”, “Misri”, “Ana” və s. Azərbaycan xalq və aşıq mahnıları ilə yanaşı muğamlarımızı da ifa edib”.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera