Ev / İnformasiya / DAK KİV-də / Azərbaycanın İran adlanan yerdəki səfiri nə işlə məşğuldur?

Azərbaycanın İran adlanan yerdəki səfiri nə işlə məşğuldur?

DAK Məşvərət Şurasının sədri Əlyar Səfərli: ”Abbasəli Həsənov sözün əsl mənasında Azərbaycanın yox, İran adlanan yerin səsidir”

Image İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə bağlı İran adlanan yer tərəfindən gələn iradlara reaksiya sərt oldu. İstər dövlət rəsmiləri, istərsə də politoloqlar İran adlanan yerin cavabını əsaslı şəkildə verdilər. Cavablar bir-birini tamamladı. İran adlanan yerin Azərbaycanın siyasətinə qarışmağa ixtiyarı yoxdur. Amma nədənsə Azərbaycanın İran adlanan yerdəki səfiri Abbasəli Həsənov susaraq bu məsələ ilə bağlı münasibətini bildirmədi.

Azərbaycanın İran adlanan yerdəki sabiq səfiri, DAK Məşvərət Şurasının sədri Əliyar Səfərli ”Olaylar”a səfirin bu susqunluğunun səbəbsiz olmadığını bildirdi. Onun fikrincə, Abbasəli Həsənov sözün əsl mənasında Azərbaycanın yox, İran adlanan yerin səsidir: ”Abbasəli Həsənov 10 il müddətində İran adlanan yerin maraqlarına xidmət edib. Bu da ondan irəli gəlir ki, o, bizneslə məşğuldur. Onun Bakıda 15-ə yaxın obyekti, eyni zamanda Kərəc şəhərində 3 mərtəbəli evi var. Bu ona İran adlanan yerin hədiyyəsidir. Abbasəlinin vəzifədə saxlanılması bizim milli mənafeyimizə uyğun deyil. O, çoxdan bu vəzifədən çıxarılmalı idi. Abbasəli Həsənov məhkəmə qarşısında durmalıdır. çünki o, Azərbaycana xəyanət edib. Mən səfirlikdən azad olunan vaxt indiki səfir Prezident Aparatının əməkdaşı olan Akif Muradverdiyevin köməyi sayəsində səfirliyə təyin olunub. O, İran adlanan yerin köməyilə mənə qarşı təxribat törədib”. Əlyar Səfərlinin sözlərinə görə, İran adlanan yerin köməyilə Akif Muradverdiyev və bir sıra qüvvələr Azərbaycanda dövlət çevrilişi etmək iddiasında olublar: ”Dəfələrlə onların nümayəndə heyətləri İran adlanan yerdə gizli görüşlər keçirirdi və Azərbaycan səfirliyi bu görüşlərdən təcrid olunurdu ki, bu da qeyri-qanunidir”.

Kommentera