Ev / Xəbərlər / Diaspora / Azərbaycanlı xanım İsveç əyalət parlamentinə namizəddir

Azərbaycanlı xanım İsveç əyalət parlamentinə namizəddir

İsveç Sosial Demokrat Partiyası sentyabrın 14-də ölkədə keçirilməsi planlaşdırılan əyalət parlamentinə seçkilərdə azərbaycanlı xanımın da namizədliyini irəli sürüb. www.D-A-K.org –un Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sədri Mahmud Bilginin bu barədə Panoram.az-a istinadən verdiyi məlumata əsaslanarağ.

Onun sözlərinə görə, bu xanım İsveç vətəndaşı, əslən Güney Azərbaycandan olan 22 yaşlı Aylin Faziliandır: “İsveçin hakim partiyasından bir azərbaycanlının əyalət parlamentinə namizədliyinin irəli sürülməsi ilk dəfədir. A.Fazilian siyahının başlarında yer alıb və seçkini qazanmaq şansı yüz faizə bərabərdir”.

M.Bilgin deyib ki, A.Fazilian 8 ildir İsveç Sosial Demokrat Partiyasının üzvüdür: “Aylin xanım İsveçdə Partille Kommunun (şəhər bələdiyyəsi) Gənclər Təşkilatının sədri olub. Ötən il isə Göteborq şəhərində İsveç Sosial Demokrat Partiyasının Qadınlar Təşkilatının sədr müavini seçilib. Hazırda partiyanın Qadınlar Təşkilatının sədridir. A.Fazilian həmçinin M.Bilginin qızıdır.

Həmçinin bax!

aksiya-brussel1

Avropa Parlamentinin qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlementinin binası qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib. www.D-A-K.org –a ...

Kommentera