Ev / Xəbərlər / Siyasi xəbərlər / Azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb

Azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb

Azərbaycanlı siyasi məhbus, Tehran Pedaqoji Universitetinin tələbəsi Şəbnəm Mədədzadə 5 il həbsdən sonra yanvarın 21-də azadlığa buraxılıb. www.D-A-K.org –un “Media forum”a istinadən yaydığı məlumata görə, 25 yaşlı Şəbnəm Mədədzadə 2009-cu ilin fevral ayında tutulub. Tehran məhkəməsi onu müxalif İran Xalq Mücahidləri Təşkilatı ilə əlaqə saxlamaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı müharibə aparmaqda günahlandırıb.

Tehranın Evin zindanında saxlanan azərbaycanlı siyasi məhbus ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib. İran Xalq Mücahidləri Təşkilatı ilə heç bir əlaqəsi olmadığını vurğulayan Şəbnəm Mədədzadə onu yalnız həmin təşkilatın üzvü olan, İraqda mühacirətdə yaşayan və sonradan öldürülən bacı-qardaşına görə tutduqlarını bildirib.

Şəbnəm Mədədzadə azadlığa buraxıldıqdan sonra həbsdə qaldığı müddətin 88 gününü Evin zindanının ən ağır və sərt rejimi ilə tanınan 209-cu korpusunda təkadamlıq kamerada saxlandığını, orada müxtəlif psixi və fiziki işgəncələrə məruz qoyulduğunu bildirib.

Şəbnəm Mədədzadə ilə eyni vaxtda tutulan və eyni ittihamla həbsə salınan qardaşı Fərzad Mədədzadə hazırda Kərəc şəhərinin Rəcayişəhr zindanında saxlanılır.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera