Ev / Həmsədrlər / Məqalələr / “Azərbaycanda Çin istehsalı olan mallar əhali tərəfindən boykot edilməlidir”

“Azərbaycanda Çin istehsalı olan mallar əhali tərəfindən boykot edilməlidir”

Sabir Rüstəmxanlı: ”Həmçinin qapı-qapı düşüb keyfiyyətsiz mallar satan çinliləri ölkədən çıxarmaq lazımdır”

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) iyulun 15-də saat 12.30-da Şərqi Türküstanda baş verən hadisələrə etiraz əlaməti olaraq piket keçirəcək. Bu barədə ANSPRESS-ə DAK həmsədri Sabir Rüstəmxanlı bildirib. O qeyd edib ki, piket zamanı Bakıdakı çin səfirliyinin qarşısına qara çələng qoyulacaq. Həmçinin DAK-ın çində baş verənlərə münasibətini açıqlayan bəyanatı açıqlanacaq və səfirliyə təqdim ediləcək.

”Biz çinlə müharibə edə bilmərik. Bu ölkə ilə münasibətlərimizi poza bilmərik. Amma oradakı uyğurlar türk olduqları üçün əzilirsə, dünya da onların müsəlman olduğuna görə müdafiəsinə qalxmırsa, biz buna etirazımızı bildirməliyik”,- deyə S.Rüstəmxanlı vurğulayıb. DAK həmsədri həmçinin qeyd edib ki, Uyğur Muxtar Vilayətində baş verənlərə etiraz olaraq Azərbaycanda çin istehsalı olan mallar əhali tərəfindən boykot edilməlidir: ”Saxta və keyfiyyətsiz çin malları iqtisadiyyatımıza zərbə vurur. İqtisadiyyatımızın inkişaf etməli olan sahələrini də iflic edir. O malların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Həmçinin qapı-qapı düşüb keyfiyyətsiz mallar satan çinliləri ölkədən çıxarmaq lazımdır!”,-deyə S.Rüstəmxanlı vurğulayıb. Xatırladaq ki, Şərqi Türküstanda uyğurlarla çinlilər arasında baş verən etnik qarşıdurma nəticəsində ölənlərin sayının 186-ya çatdığı bildirilir. Qeyri-rəsmi məlumatlara görə isə Uyğurustanda ölənlərin sayı 500-dən çoxdur.

Həmçinin bax!

”Səfirliklər dilimizə hörmətsiz yanaşırlar”

Millət vəkilləri ciddi tədbir görülməsini istəyirlər Bu gün Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri Azərbaycan ...

Kommentera