Ev / Xəbərlər / Mədəniyyət / Azərbaycan Turizm İnstitutunda ”Urmiya gölü – dünən, bu gün, sabah” adlı foto-sərgi düzənlənib

Azərbaycan Turizm İnstitutunda ”Urmiya gölü – dünən, bu gün, sabah” adlı foto-sərgi düzənlənib

İyunun 5-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə ”Urmiya gölü – dünən, bu gün, sabah” adlı foto-sərgi keçirilib. 

www.D-A-K.org –a daxil olan məlumata görə, tədbirdə ATİ-nin tələbələri, inzibati və akademik heyətin üzvləri iştirak ediblər. Foto-sərginin keçirilməsində məqsəd Urmu gölünün tədricən quruması səbəbindən baş verə biləcək çevrə fəlakəti və ekoloji problemlər haqqında iştirakçıları məlumatlandırmaq olub. Sərgidə müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 120-dən çox şəkil nümayiş olunub. Urmiya Gölünü Mühafizə Təşkilatı tərəfindən dəstəklənən tədbir həmçinin 8 ölkənin 14 şəhərində keçirilib.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera