Ev / Xəbərlər / Diaspora / Avropa Parlamentinin qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib

Avropa Parlamentinin qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlementinin binası qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib. www.D-A-K.org –a daxil olan məlumata görə, yerli vaxtla saat 13:00-dan 16:00-a kimi keçirilən piketdə Azərbaycan türkləri, ərəblər, bəluçlar və digər qeyri-fars millətlərinin nümayəndələri iştirak ediblər. 

Aksiya Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), əl-Əhvaz Demokratik Xalq Cəbhəsi və digər təşkilatların təşəbbüsüylə keçirilib. Fars şovinizminə qarşı birliyin nümayiş etdirildiyi piketdə İran adlanan yerdə milli hüquqların bərpası uğrunda mübarizəyə qarşı rejimin işgəncəyə söykənmiş siyasəti kəskin şəkildə pislənilib, millətlərin rejimə qarşı birgə mübarizəsinin əhəmiyyəti vurğulanıb. Yürüşlə başlayaraq Avropa Parlamentinin binası qarşısında mitinqlə davam edən piketdə İran adlanan yerdə baş verənlərlə bağlı müxtəlif dillərdə bildirişlər yayılıb, şüarlar səsləndirilib. Azərbaycan türkcəsi, ərəb, ingilis və fars dilində çıxışlar edilib, aksiyaya qatılmış hər bir millətin nümayəndəsi öz fikrini bildirib. Piketi işıqlandırmaq üçün ərəb xəbər agentliklərinin, xüsusilə ”əl-Ərəbiyə” telekanalının jurnalistləri aksiyaya qatılıb. 
Bundan əlavə, saat 17:00-dan 19:00-dək Güney Azərbaycan, Əhvaz ərəbləri və bəluçların siyasi təşkilatları giclicə birgə mətbuat konfransı da keçiriblər. Tədbirdə İran adlanan yerin bu günü və gələcəyilə bağlı jurnalistlərin müxtəlif sualları cavablandırılıb. GADP nümayəndəsi Mahmud Bilgin İran adlanan yerin əhalisinin 40 faizini türklərin təşkil etməsindən, Güney Azərbaycan Milli Hərəkatının aparıcı bir qüvvə olmasından, Urmiya gölünün ekoloji fəlakətlə üzləşməsindən, iqtisadi potensialdan, türk-ərəb birliyinin strateji rol oynamasından danışıb. O, eyni zamanda Güney Azərbaycanda kürdlərin yerləşdirilməsi məsələsinə toxunaraq bildirib ki, fars şovinistlərinin assimilyasiya, təhqir, bölgənin təbii ehtiyatlarını mənimsəmək siyasətilə yanaşı, İran adlanan yerdə yaşayan qeyri-fars millətlərini qarşı-qarşıya qoymaq məsələsi də əsas hədəflərindən olub. Bu baxımdan türklərlə ərəblərin, həmçinin digər qeyri-fars millətlərinin strateji əməkdaşlığı vacibdir. Mahmud Bilgin həmçinin Güney Azərbaycan Milli Hərəkatının sivil və mədəni yollarla öz haqlarını tələb etdiyini vurğulayıb.

Həmçinin bax!

reinfeldtderaxtiobama

Barak Obama Siyavuş Deraxti ilə görüşdü

Barak Obama Isveç səfərində, Azərbaycanın güneyindən olan gənc, Siyavuş Deraxti ilə görüşdü.

Kommentera