Ev / Xəbərlər / İqtisadiyyat / Avropa Birliyi Şurası İran adlanan yerin 17 şirkətini “qara siyahısı”na salıb

Avropa Birliyi Şurası İran adlanan yerin 17 şirkətini “qara siyahısı”na salıb

Avropa Birliyi Şurası İran adlanan yerin 17 şirkətini özünün “qara siyahısı”na əlavə edib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə,bu barədə Avropa Şurasının veb-səhifəsində rəsmi xəbər verilib. Şura öz məlumatında Avropa Birliyi Şurasının 23 mart 2012-ci ildə aldığı qərara uyğun olaraq İran adlanan yerin bir sıra şirkətlərinə qarşı məhdudiyyətləri davam etdirdiyini açıqlayıb. Avropa Şurasının “qara siyahısı”na daxil etdiyi 16 şirkət İran Gəmiçilik Şirkəti (hərbi yükləri daşımaq, silah alqı-satqısı ilə məşğul olmaq kimi ittihamlarla BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozmaqda günahlandırılır), Buşəhr Gəmiçilik Şirkəti, “Hafiz Dərya” Gəmiçilik Şirkəti, İran və Misir Gəmiçilik Şirkəti, “Eyrin West Shipping” Gəmiçilik Şirkəti, “Malta” şirkəti, “Europe GmbH” Gəmiçilik Şirkəti, IRISL Mühəndislik və Dəniz Xidmətlər Şirkəti, “ASA Malta” dəniz şirkəti, “Xəzər” Gəmiçilik Şirkəti (Caspian Shipping Company), “Morabel” Gəmiçilik Şirkəti, “Səfirane Pəyame Dərya” Gəmiçilik Şirkəti, “Computer Services” Gəmiçilik Şirkəti, “Sorouş sərzəmine əsaterik” Gəmiçilik Şirkəti, “Cənubi Yol Agentliyi” Gəmiçilik Şirkəti və nəhayət, “Vəlfacr 8” Gəmiçilik Şirkətidir. Bu şirkətlərə qarşı sanksiyalar IRISL Mühəndislik və Dəniz Xidmətlər Şirkətinə bağlı və ya onun nəzarəti altında olan qurumlarla əməkdaşlıq etdiklərinə görə tətbiq olunub.

Bundan əlavə, Avropa Şurasının İran adlanan yerin üç şirkətinə – “İran Transfo”, “Turbokompressore Nefte Asiya” və “Saxte Turbopomp və Turbokompessore Satak” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyanı aradan qaldırdığı bildirilir.

Bu arada İRİB Avropa Məhkəməsinin İran adlanan yerin bir şirkətinə qarşı tətbiq olunmuş sanksiyanı ləğv etdiyini açıqlayıb. “Fulmen” şirkətinin İranın nüvə proqramı ilə bağlantısı olmaması səbəbindən belə bir qərar qəbul edildiyi bildirilir. Ancaq ABŞ “Fulmen” şirkəti və onun əsas ortaqlarından biri olan Firidun Mahmudiyan İran adlanan yerin uranın zənginləşdirilməsi fəaliyyətləri ilə birbaşa əlaqəsi olduğunu iddia edir. Bundan əvvəl Avropa Məhkəməsi İran adlanan yerin 7 bankı və şirkətinə İran Poçt Bankı, İran Sığorta Şirkəti, “Good Luck” Gəmiçilik Şirkəti, İran İxrac İnkişaf Bankı, Persiya Beynəlxalq Bankı, İran Rifah Bankı və İran Dəniz Qurğularının Tikintisi və Mühəndislik Şirkətinə qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib. Avropa Məhkəməsi belə bir qərar qəbul etməsinə səbəb kimi həmin şirkət və bankların İranın nüvə proqramına yardım göstərməsi ilə bağlı heç bir dəlil olmamasını əsas gətirib. Avropa Məhkəməsi bundan əvvəl İran adlanan yerin “Millət” və “Saderat” banklarını da sanksiyalardan azad edib.

Həmçinin bax!

ab

Avropa Birliyi İran adlanan yerin 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb

Avropa Birliyi İran adlanan yerin 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb. www.D-A-K.org ...

Kommentera