Ev / azadaz (Səhifə 30)

azadaz

Hüseyn Nəsirinin azadlığı üçün imza toplanılır

huseynnesiri2

Ötən il aprelin 2-də Urmu gölünün qurudulmasına etiraz əlaməti olaraq keçirilmiş aksiyada tutulmuş milli fəal Hüseyn Nəsiri hələ də həbsdə saxlanılır. www.D-A-K.org –a daxil olan məlumata görə, bu müddətdə onun səhhəti dəfələrlə ağırlaşsa da, ancaq müalicəsi üçün heç bir addım atılmayıb. 

Daha ətraflı

Rəsul Bədəlinin tələbləri cavabsız qalıb

22may

Güney Azərbaycan Milli Hərəkatının fəalı Rəsul Bədəli 2 il əvvəl may hadisələrinin ildönümü mərasimləri zamanı tutulub və ”Ettelaat”ın Təbrizdəki təcridxanasına aparılıb. www.D-A-K.org –a daxil olan məlumata görə, soydaşımız 2 ay təkadamlıq kamerada saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz İnqilab Məhkəməsi tərəfindən sistemin əleyhinə fəaliyyət göstərməkdə günahlandırılaraq 2 il azadlıqdan məhrum ...

Daha ətraflı

Babək Kəyumərsi azadlığa buraxılıb

yashasinazerbaycan

Güney Azərbaycan Milli Hərəkatının fəalı Babək Kəyumərsi Təbriz zindanından azadlığa buraxılıb. www.D-A-K.org –a daxil olan məlumata görə, soydaşımız mülk girovu müqabilində sərbəstliyinə qovuşub. Milli fəal may 6-da Culfa şəhərinin Şuca kəndində ”Ettelaat” əməkdaşları tərəfindən tutulub. 

Daha ətraflı

Zabulda 3 nəfər edam olunub

edam

İran adlanan yerin Sistan və Bəluçistan əyalətinin Zabul şəhərinin meydanında əhalinin gözü qarşısında üç nəfər edam olunub. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, Sistan və Bəluçistan əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər silahlı basqın, zorlama və oğurluq ittihamı ilə edama məhkum olunublar.

Daha ətraflı

Əsədullah Əsədinin məhkəməsi keçirilib

mehkeme

Doktor Əsədullah Əsədi 2010-cu il iyulun 14-də Təbrizdə həbs olunub. O, 6 ay ”Ettelaat”ın Təbrizdəki təcridxanasında saxlanılıb. www.D-A-K.org –a daxil olan məlumata görə, soydaşımız bu müddətdə öz əleyhinə etiraf etmək üçün fiziki-mənəvi işgəncələrə məruz qalıb. 

Daha ətraflı

Haniyə Fərşi Şotorban 7 il azadlıqdan məhrum edilib

haniye fershi shotorban

Bir ilə yaxındır Tehrandakı Evin zindanında saxlanılan azərbaycanlı ”Facebook” fəalı Haniyə Fərşi Şotorban 7 il azadlıqdan məhrum edilib. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, ”Ettelaat”ın Təbriz şöbəsinin əməkdaşları Haniyə Fərşi Şotorbanı 2010-cu il iyul ayının sonunda evindən tutub aparmışdılar. 

Daha ətraflı