Ev / Xəbərlər / Güney Azərbaycan / Ataxan: Güney Azərbaycan’da oyanış və dirəniş 10 qat daha Güclənib, irərliyib və böyüyüb

Ataxan: Güney Azərbaycan’da oyanış və dirəniş 10 qat daha Güclənib, irərliyib və böyüyüb

Ataxan: Güney Azərbaycan’da oyanış və dirəniş 10 qat daha Güclənib,irərliyib və böyüyüb

Ataxan bəy Güney də baş verən hadisələr haqqında bir güneyli milli fəal olaraq sizin fikirlərinizi  öyrənmək istərdik . Bu hadisələri necə dəyərləndirirsiz?

– Güney Azərbaycan Milli Hərəkatı  öz azadlıq mübarizəsində bir aşama daha aşdı. Milli hərəkatımız  2015-ci ilin noyabr qiyamında böyük uğurlar qazandı və hələdə qazanclarına artırmaqdadır .
Çağdaş  Milli Hərəkatımızın kütləvi və böyük eyləmlərinə son 10 ildə baxanda, Görürük ki ən son 2006 -cı ilin May qiyamında 2 milyona yaxın insanımız ayaqlamışdır. 2006 -dan 2015ci  ilin arasında Güneydə müxtəlif etiraz eyləmlərin keçirilməsinə baxmayaraq, 2015 -ci il 20 milyon dan aşqın türkün ayaqlanmasını görməkdəyik. Bu göstərir ki, Azərbaycan Milli  Hərəkatı güney Azərbaycanda Oyanış prosesi başarılı olaraq keçirib, dirənişdə isə 10 qatdan da çox  irəliləmə və güclənməklə, fars rejiminin qarşısında tikilib, ona meydan oxuyur. Baxmıyaraq rejim bu çirkin əmələ, bilərək meydan verib və öz hesablarına görə bir nəticələr gözlüyürdü, ama sonuca baxdığımızda görürük bugünə kimin sürən ayaqlanmalar səbəb olub ki rejim yengilini his edib daha agresiv davransın, tutuqlamalar, işkəncələr, evləri basmalar və təziqlər hədini aşıb, qarşılığında isə millətimiz arasında dirçəliş, get gedə güclənib və hərəkatin yumuşaq laylarında olan insanlarımız ki dünənə kimin iran adlanan yerdə bir haq əldə etmələrinə inanırdılar, kəskin lay değışib və istiqlaliyət layında və səfində yerləşıblər. Milli Hərəkatin umum milli təşkilati olmaması, Millimediyasının olmaması və Milli hərəkatin xarıcı yandaş və mutəhid yanında durmamasını nəzərə alsaq, görəcəyik bunlar Türk milləti üçün daha böyük uğur və qazancıdır.

Hərəkətin içindən baxmıyaraq ilk gündən bəzilər hər zaman olduğu kimin çalışırdılar millətimizi evdə oturdsunlar. Onlar sadəcə kağız yazmaqala Azərbaycan öz etirazini edə biləcəyini deyərək, öz sosial şəbəklərində millətimizə ve etiraz  istiyənlərə təxribat aparırdılar. Ancaq rejimdə, bu teyfdə başarısız qaldılar və üst-üstə Türk milləti təkrar Azərbaycanın Güneyində dastan yazaraq özgürlüyə bir addım daha yaxınlaşdı.

Ataxan bəy hal hazırda bu ayaqlamalar Azərbaycanın Türklərini təhqir edən “Fitilə” proqramının bağlanmasına, iran adlanan yerin bir neçə dövlət adamının üzr istəməsinə səbəb oldu. Bütün bunlar Azərbaycan millətinin böyük uğur hesab edilə bilərikmi?

– Yox,mən bunu uğur saymıram. İlk öncə deməliyəm ki, bu programda, ardından gələn yalan üzrlərdə rejimin öz oyunu olub və bilərəkdən bu program yaratılıb və bəlli hədəfləri nişan alaraq yayılıb, hədəflərdən ən önəmlisidə rejimin türk uşaqlarına qarşı asimilasionun siyasətin bir parçası olan “təhqir “yaqınlaşdırırmaq və eritmə siyasətini surətləndirilməsidir. iran adlanan yerin hal hazırdaki rejimi, dünyanın ən diktator rejimlərindən biridir. Bütün media qurumları məmləkətin digər orqanları kimi çox sıx nəzarət altındadır.

Media sadəcə dövlət başçısının nəzarətində olur və bütün yayımlar onun siyasi xətində olmalıdır. iran adlanan yerin Tv ya radio yayımlarında heç bir program və  ya canlı yayım belə azad və özgürcə ekrana çıxmaz. Hər bir proqram baxmayaraq ki, öncədən fars işğalçısının verdiyi nizmanaməyə uyğun yaratılmalıdır və farsin siyasəti və mədəniyyəti  çərçivəsində işləməlidir, ancaq yenə də bir tv ya Radio  proqramı yayıma çıxmadan, kültürəl olaraq farsın üstünlüyü və iran adlanan yerin İslam Respublikasının siyasəti uygun olması gərkcəsilə tekrar nəzarətdən keçməsi lazımdır.

Filter 1:iran adlanan yerin dövlət tv – radiosu hər yaratılan programı ona özünün nizmanəməsi ilə qarşılaşdırar. Bu nizamnamədə fars dan başqa türkün ya başqa millətlərin bir haqı yoxdur və iran adlanan yerin İslam Respublikasının siyasəti uygun olmalıdır.
Filter 2:iran adlanan yerin təhlükəsizlik orqanının mediaya nəzarət bölümü hər bir programa həm yaranışında həm yayımında nəzarət edər ki iran adlanan yerin İslam Respublikasının siyasəti zid olmasın və dövlət siyasətin güdsün.
Filter 3: Xamneyinin təyin etdığı nümayəndəsi Radio və Tv Mərkəzində tekrar hər programi gözdən keçirər

iran adlanan yerin rejimi, iran adlanan yerdə Canlı yayımları belə “Yayım Dekoder” cihazlar vasitəsi ilə  yenə filtirdən keçirib sonra gecikdirmə ilə bir program yayımlanar. Spor və yarışlar belə.
Demək istəyirəm ki hər proqram 100% yayım nəzarətindən keçərək rejimin öz onay və rizayətilə  yaradılıb və  yayımlanır çünkü  yayımlar bəlli siyasətləri güdür.

Məsələ burasındadır, bir proqram ki, bu nəzarətlərdən geçib və yayım onayı alıb və bilərək yayılıb, indi nəsinə üzr istəyirlər?
Bu Üzrlər bu oyunun digər parçası  olduğunu görmiyəcək qədər kör olmuşuqmu?
Bir məmləktdə ki, 35 milyon Türkün dilinə qadağa qoyulub, hətta 1 saat olsun belə, öz dilində milli Radio-Tv-Qazet, Məktəb i yoxdur! Burda hansı üzr qəbul olar? Türkü təhqir siyasəti 89 ildir ki, iran adlanan yerin yaranışından günümüzə dək hər gün, hər saniyə hər yerdə, hər ortamda apamırlarmı?
Sankı ilk dəfədir təhqir edirlər, ki indi üzr istəyirlər və bizdə buna telorans göstərməliyik.

Bu 3 gündə 20 milyondan aşqın Azərbaycan Türkü sivil şəkildə etiraz edir. Üzr istəyən, bu haqlı  etirazı  qana boyayıb  yüzlərlə  milli fəalı  döyərək tutuqlayarmı?
Bu üzrlər bizim millətin dərdlərinin hansına dərman olacaq ki? Əksinə daha yaramıza duz basmaqdır.

Azərbaycan artıq bilir ki, iran adlanan yerin-GüneyAzərbaycanın nisbəti, İşğalçı-koloni və Sömürgəçi-Məstəmləkə nisbətidir, Azərbaycan bilir ki o zamana kimin  ki iran adlanan yerin siyasi coğrafiya var, Azərbaycan Türkü yox olmağa, təhqir olmağa məhkumdur.

4 gün boyunca Azərbaycanda atılan sloqanlara baxdığımızda görürük ki, sloqanların 90 % fars ırqçı dövlət  Tv-sində ki təhqir programa dəxli yoxdur və Azərbaycanda atılan şoarlar, iran adlanan yerin sömürgəçiliyinə qarşı,  Azərbaycanın milli haqları üzərinə  hazırlanmış sloqanlar olub. Millətimiz artıq məsələni böyük, bütün görə bilir. Bunun özü bizim  uğurumuzdur.

Millətimiz də bilir farsların üzrləri bir oyundur və farsların deyişi ilə “əşk timsah” timsah göz yaşından  başqa bir şey deyil.
Azərbaycan artıq bu oyunları həm görür, həm analız edir, həm pozur! Azərbaycan bilir ki, iran adlanan yerin işğalında qaldığı sürəcə, təhqirlər, qadağalar, əritmələr, Azərbaycanı viran etmələr, zindanlar, işkəncələr davam edəcək. Azərbaycan türkü başa düşüb ki, Azərbaycana ən böyük qazanc, fars molla rejmini əbdi Azərbaycandan çıxarıb Müstəqil dövlət qurmaqdır. Təkcə bu haldadaır ki Azərbaycan türkü normal yaşama qayta bilər. 14-11-2015 / avangartha.com/

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016