Ev / Xəbərlər / Siyasi xəbərlər / “Asiman” qəzeti qisas hökmünə qarşı çıxdığına görə bağlanıb

“Asiman” qəzeti qisas hökmünə qarşı çıxdığına görə bağlanıb

İran adlanan yerdə yenicə nəşrə başlayan və həftədə bir dəfə işıq üzü görən qəzetin çapına qadağa qoyulub. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, buna səbəb “Asiman” qəzetinin fevralın 18-də dördüncü sayında qisas hökmü barədə dərc etdiyi məqalədir.

Qəzet öz məqaləsində qisas hökmünü qeyri-humanist addım sayıb. Ona görə də İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsi İslam dəyərlərinə zidd məqalə verdiyinə və dini müqəddəsləri təhqir etməsi səbəbindən cinayət işi açıb. İran adlanan yerin İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Heyəti də məsələni araşdırdıqdan sonra qəzetin nəşrinin dayandırılması haqqında qərar çıxarıb.

Xəbərdə həmçinin “Asiman” qəzetinin baş redaktoru Abbas Bozorgmehrin həbs edilərək Tehranın Evin həbsxanasına salındığı bildirilir.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera