Ev / İnformasiya / Elanlar / Aprelin 1-də DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

Aprelin 1-də DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

Tədbir ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları və Urmiya gölününü quruması probleminə həsr olunub

Bundan əlavə, mətbuat konfransında aprelin 9-da İsveçdə keçirilməsi planlaşdırılan konfrans və konqres rəhbərliyinin yaxın günlərdə Kanada və ABŞ-a gözlənilən səfəri barədə də məlumat veriləcək

Image 01 aprel 2010-cu il tarixində saat 12:00-da ”Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları və dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da qeydiyyata alınmış Urmiya gölününü quruması problemilə bağlı mətbuat konfransı keçirəcək.
Tədbirdə 09 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində DAK və ”Odlar Yurdu” dərnəyinin birgə təşkilatçılığıyla 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarıyla bağlı keçirilməsi planlaşdırılan konfrans və yaxın günlərdə konqres rəhbərliyinin Kanada və ABŞ-a gözlənilən səfəri barədə də məlumat veriləcək.
Bütün jurnalistlər mətbuat konfransına dəvətlidir.

DAK Mətbuat Xidməti

Əlaqə telefonu: (994 12) 493 71 45, (994 55) 715 13 16

Həmçinin bax!

DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı ...

Kommentera