Ev / Xəbərlər / Güney Azərbaycan / Abbas Leysanlı Şiraz zindanına sürgün edilib

Abbas Leysanlı Şiraz zindanına sürgün edilib

Abbas LeysanlıAzərbaycanın Güneyinin milli (Türk) müqavimət simvolu Abbas Leysanlı saxlandığı Ərdəbil həbsxanasından gizli şəkildə Şiraz zindanına sürgün edilib. Milli zəmində apardığı dinc fəaliyyətinə görə Ərdəbil həbsxanasında bir illik həbsini çəkən fəalın Şiraz zindanına sürgün edilməsi isə iran adlanan yerin İslam Respublikasının öz qanunlarına da sadiq qalmamasına bir sübutdur. www.D-A-K.org –un “Hraz News”a istinadən yaydığı məlumatına görə, Ərdəbilli fəalın qanunsuz olaraq gizli şəkildə Şiraz zindanına köçürülməsi isə son beş gündə Azərbaycanın Güneyinin iri şəhərlərində fars irqçiliyinə qarşı etiraz aksiyalarının keçirilməsi ilə əlaqələndirilir. Fəal, bir neçə gün əvvəl zindandan yaydığı bir bəyanatda fars irqçiliyinə qarşı etiraz bildirən aksiyaçılara dəstək vermişdi. Xatırladaq ki, noyabrın 6-da, iran adlanan yerin dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycanlı Türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb. Noyabrın 9-da isə iran adlanan yerin Azərbaycanlı Türklərin yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq Azərbaycanlı Türklərin etiraz aksiyaları davam edir.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016