Ev / Xəbərlər / Güney Azərbaycan / ABŞ-ın yüksək çinli məmuru Təbriz komandasının azarkeşidir – Oynaq görüntü

ABŞ-ın yüksək çinli məmuru Təbriz komandasının azarkeşidir – Oynaq görüntü

Artıq iran adlanan yerin futbol üzrə ölkə çempionatında (Superliqa) mübarizə aparan Təbrizin “Traktorsazi” futbol komandasının adı və azarkeşləri Azərbaycan, iran adlanan yer və bölgə ilə məhdudlaşmır.
www.D-A-K.org –un “Panoram.az”-a istinadən məlumatına görə, klubun adı və qarşılaşmaları Azərbaycanlı Türklərin fars şovinizminə qarşı mübarizəsi ilə birlikdə çəkildiyindən komandaya rəğbət biraz da artıb. Bu baxımdan dünya şöhrətli siyasətçilər və yüksək çinli dövlət adamları “Traktorsazi”nin azarkeşinə çevriliblər.

Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Alan Eyre Təbriz komandasının azarkeşi olduğunu söyləyib. O, fars telekanalında qonağı olduğu proqramda aparıcının “Siz “İstiqlal” yoxsa “Perspolis” komandasının azarkeşisiniz” sualına cavabında “Mən “Traktorsazi” klubunun azarkeşiyəm” deyib.
Qeyd edək ki, A.Eyre bundan əvvəl Təbriz komandası iran adlanan yerin Kubokunu (Cam-i həzfi) qazanarkən də öz “Facebook” səhifəsində “Traktorsazi”ni təbrik etmişdi.

 

 

Oynaq görüntü:


Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera