Ev / Xəbərlər / Mədəniyyət / ABŞ-da XII Türk Festivalı keçiriləcək

ABŞ-da XII Türk Festivalı keçiriləcək

Sentyabr ayında ABŞ paytaxtı Vaşinqtonda III Türk Mədəni İrsi Aylığı start götürəcək. www.D-A-K.org –un Mediaforum-a istinadən yaydığı məlumatına görə, sentyabrın 28-də isə XII Türk Festivalı olacaq.

Azərbaycanın da qatılacağı bu aylıqda və festivalda türk xalqlarının mədəniyyəti, mətbəxi, incəsənəti, musiqisi, dəbi ilə bağlı tədbirlər keçiriləcək.

Festivalın əsas sponsorlarından biri “İ.S.LawFirm” hüquq ofisinin rəhbəri, vəkil İsmayıl Şahtaxtinski bildirib ki, Azərbaycanla bağlı hazırlanacaq stenddə ölkənin mədəniyyəti, tarixi barədə fotolar, milli geyimlər, kitab və suvenirlər olacaq.

İsmayıl Şahtaxtinski deyib ki, ABŞ-da yaşayan azərbaycanlılar Azərbaycanın milli rəqslərini də ifa edəcəklər: “Biz artıq 6 ildir bu festivalda Azərbaycanı təmsil edirik. Festival ABŞ paytaxtı Vaşinqtonun mərkəzində keçirilən ən böyük tədbirdir. Minlərlə amerikalı və turist bu festivalı izləyir. Çox şadam ki, firmamız bu festivalın həm sponsorlarından biridir, həm də biz burda vətənimizi fəal və layiqincə təmsil edirik”.

Sentyabrın 7-də ingilis dilində “Türkiyədən xalq nağılları” kitabının təqdimatı və müzakirəsi ilə başlanacaq Türk Mədəni İrsi Aylığı çərçivəsində türk mədəniyyəti, filmləri, mətbəxi ilə bağlı ayrı-ayrı tədbirlər reallaşdırılacaq. /Panoram.az/

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera