Ev / Xəbərlər / Mədəniyyət / ABŞ-da Səfəvilər dövrünə aid xalça 33 milyon 765 min dollara satılıb

ABŞ-da Səfəvilər dövrünə aid xalça 33 milyon 765 min dollara satılıb

Səfəvilər dövrünə aid xalça ABŞ-da keçirilən hərracda rekord qiymətə satılıb. www.D-A-K.org –a daxil olan məlumata görə, 1925-ci ildə Montana ştatından olan senator Uilyam Klark tərəfindən Vaşinqtonda yerləşən Korkoran incəsənət qalereyasına hədiyyə edilmiş xalçanın üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilib. “Satby” hərrac evinin yaydığı məlumata görə, uzunluğu 3, eni 2 metr olan xalçanı telefon vasitəsilə adının açıqlanmasını istəməyən alıcı 33 milyon 765 min dollara alıb.

Qeyd edək ki, İran adlanan yerin kütləvi informasiya vasitələri xalçanı İran adlanan yerin xalçası kimi təqdim ediblər. Ancaq “Satby” hərrac evi xalçanın XVII əsrə aid olduğunu açıqlayıb. Həmin dövrdə də indiki İran adlanan yerin ərazisində Azərbaycan Səfəvilər dövləti hökm sürüb və məhz I Şah Abbasın əmri ilə dövlətin bütün əyalətlərində, xüsusilə Şirvan, Qarabağ, Gilan, Kəşan, Kirman, Təbriz, Ərdəbil, Astrabad, Məşhəd, İsfahan kimi iri mərkəzlərdə xalçaçılıq və toxuculuq emalatxanaları yaradılıb.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera