Ev / Xəbərlər / Güney Azərbaycan / Ərdəbildə türkcə kitablar satan mağazanın sahibi saxlanılıb

Ərdəbildə türkcə kitablar satan mağazanın sahibi saxlanılıb

Ərdəbil vilayətində iran adlanan yerin təhlükəsizlik qüvvələrinin nəzarət altına alıb sorğu-suala çəkdiyi dəftərxana ləvazimatı mağazası sahibinin yaxınları saxlanmanın mağazada türkcə kitabların satılması ilə bağlı olduğunu bildiriblər.

www.D-A-K.org –un “Oyannews”a istinadən məlumatına görə, Ramin Həsənzadə Parsabad şəhərində iran adlanan yer polisinin təhlükəsizlik bölməsində dindirildikdən sonra sərbəst buraxılsa da məmurların müsadirə etdiyi kompüter, telefon və digər şəxsi əşyaları ona geri verilməyib.

“Həsənzadənin yaxınları onun türkcə kitablar satmaq, ustad Şəhriyarın bir şeirini ehtiva edən kartlar və Azərbaycanın tarixi binalarından fotoşəkillər çap etməsi səbəbi ilə saxlanıldığını ifadə ediblər,”.

Ramin Həsənzadə iran adlanan yer Azərbaycanı gwneyinin Muğan bölgəsində Parsapad Azad Universitetinin yaxınlığında yerləşən bir dəftərxana ləvazimatı mağazası işlədir.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016