Ev / Xəbərlər / Güney Azərbaycan / Ərdəbildə 5 milli fəala həbs və şallaq cəzası verilib

Ərdəbildə 5 milli fəala həbs və şallaq cəzası verilib

Hökmdə fəallar millətçilik məzmunlu şüarlar səsləndirdiyi yazılıb

Ərdəbil Cəza Məhkəməsi “futbol stadionunda etnik və millətçilik məzmunlu şüarlar” səsləndirdikləri üçün 5 milli fəallı “ümumi intizam və asayişi pozmaq”da günahlandıraraq hər birini 3 ay həbs və 30 şallaq cəzasına məhkum edib.

www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, Mustafa Pərvin, Saleh Piçqanlı, Tovhid Əmir Əmini, Murtaza Pərvin və Meysəm Colani keçən sentyabr ayının 10-da Ərdəbilin Təxti Stadionunda futbol matçı zamanı iran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Yayılan məlumata görə, həmin matç zamanı stadiondakı azarkeşlər tanınmış siyasi məhbus Abbas Lisani və digər siyasi məhbuslara dəstək bildirən ifadələr yazılmış plakatlar qaldırıb və milli şüarlar səsləndiriblər.

Nəşr edilən məhkəmə sənədinə istinadən, mühakimə zamanı sadəcə müttəhimlərin biri məhkəmə qarşısına çıxıb və fəalların dördünə qarşı qiyabi hökm çıxarılıb.

“Məhkəmədə hazır olmayan türk fəallar əslində noyabr ayında irqçiliyə qarşı etirazlara qatıldıqları üçün nəzarət altına alınmış və məhkəmə zamanı həbsxanada saxlanılırdılar,”.

iran adlanan yerin önəmli futbol mərkəzləri kimi tanınan Təbriz və Ərdəbil, eləcə də Asiyanın Voleybal Paytaxtı adlandırılan Urmiyə şəhərinin stadionları son illərdə milli fəallar və türk dil haqları müdafiəçilərinin fəaliyyət və təbliğat meydanına çevrilib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016