Ev / Xəbərlər / Güney Azərbaycan / Ərdəbildə 11 fəalın məhkəməsi keçirilib

Ərdəbildə 11 fəalın məhkəməsi keçirilib

Ötən noyabr ayında keçirilən kütləvi etirazlara qatıldıqları zaman Ərdəbildə nəzarət altına alınıb daha sonra müvəqqəti olaraq sərbəst buraxılan 11 türk fəal dekabrın 28-də mühakimə ediliblər.

www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, Saleh Piçqanlı, Möhsün Möhsünzadə, Əli Vasıqi, Meysəm Colani, Əli Xeyrcu, Rəhim Qulami, Tovhid Əmir Əmini, Səid Sadıqifər, Murtaza Pərvin, Mehrdad Şahbazi və Behruz Şahbazi “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə günahlandırılırlar.

“Fəallar irəli sürülən ittihamları rədd edərək hakimdən insaf və ədalət anlayışı ilə hökm verməsini tələb ediblər,” deyə yayılan məlumatda bildirilib.

Keçən noyabr ayında iran adlanan yerin dövlət televiziyasının uşaq proqramında türklərin aşağılanması ardından iran adlanan yerin Azərbaycanın Güneyində və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox fəal polis zorakılığına məruz qalaraq həbs edilib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016