Ev / Xəbərlər / Güney Azərbaycan / Ərdəbil həbsxanasında Azərbaycanın Güneyinin milli (Türk) müqavimət simvolu Abbas Leysanlı

Ərdəbil həbsxanasında Azərbaycanın Güneyinin milli (Türk) müqavimət simvolu Abbas Leysanlı

Ərdəbil zindanında məhbus həyatı yaşayan Azərbaycanın Güneyinin milli (Türk) müqavimət simvolu Abbas Leysanlı türklərin iran adlanan yerin televiziyasında təhqir olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Hazırda Ərdəbil həbsxanasında məhkum edildiyi 1 illik həbs cəzasını çəkməkdə olan fəal noyabrın 9-dan (abanın 8-dən) aclıq aksiyasına başlayıb.

O öz ailəsi və dostları ilə telefon danışığında bildirib ki, “biz, müxtəlif dövlət qurumlarnın ardıkəsilməyən təhqirlərini formal üzr istəməklə unudan bir millət deyilik. Bu məsələ hüquq çərçivəsində öz həllini tapmalıdır. Millətləri və mədəniyyətləri təhqir edən şəxslər qanuni və hüquqi şəkildə cəzalandırılmalıdır.” Abbas Leysanlı əlavə edib ki, “millətlərin təhqir olunması cəzası ancaq hüquqda tərif olunmalıdır. Belə olan halda irqçiliyin və millətlərə qarşı təhqirlərin qarşısını almaq mümkün olacaq. Mən Azərbaycanlı Türklərin mədəni etirazını dəstəkləyir və həbsxanada aclıq aksiyasına başlayaraq onlarla həmrəy olduğunu elan edirəm.”

Abbas Leysanlı öz səsi ilə telefon bağlantı:

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016